Səfirlərin Şəki və Qaxa tanışlıq səfəri təşkil olunub

axar.az1448621448yol-1

Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevral tarixlərində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.

Bu haqda XALQ.AZ-a XİN-dən bildirilib.

Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.