Şəhid anası: “Sabunçu icra başçısı Adil Vəliyevə 3 min manat pul vermədiyimə görə evimi uçurtdu-Foto

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Əbdurahmanlı fərhad edir.

XALQ.AZ xəbər verir ki, şəhid anası evinin sökülməsi üçün ondan 3 min manat rüşvət tələb olunduğunu iddia edib

Şəhid anası Mehriban Əbdulrahmanlı bildirib ki, “Oğlum şəhid olandan sonra vətəndaşlardan biri mənə torpaq vermişdi, mən də başımı salmağa bir daxma tikmişdim.

Sabunçunun icra başçısı Adil Vəliyev mənə dedi ki, tiksən sökəcəyəm, 3 min ver sökməyim. Bu gün gəlib evimi başıma uçurtdular.

İcra başçısı Adil Vəliyev mətbuata açıqlama verərək bildirib ki, M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmır.

Şəhid anası M.Əbdülrəhmanova açıqlamasında bildirib ki, yalandan pul almışam deyə məni ittiham etməyin yalan deyir Adil Vəliyev bu ərazidən bütün tikililər qanunsuz tikilib buradan hər bir sakin icra başçısı Adil Vəliyevə 2-3 min manat pul verib evini tikib. Şəhid anasıyam pulum yoxdur deyə mənim tikdiyim evimi sökdü.