Şəhid jurnalistlərlə vida mərasimi keçirilib, dəfn olundular -Fotolar

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun xəbərinə görə, vida mərasimi Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilir.

Mərasimdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media və ictimaiyyət nümayəndələri iştirak edir.

Xatırladaq ki, 4 iyun saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

****

“Azərtac” informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun cənazəsi dünən Gəncə şəhərindən Bakının Binəqədi rayonunda yerləşən evlərinə gətirilib.

Hazırda evlərində M. İbrahimovla vida mərasimi keçirilir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasiminə qatılıb.

Vida mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar – Kəmaləddin Qafarov, Qənirə Paşayeva, rayonun digər dövlət qurumlarının rəhbər şəxsləri, jurnalistlər və ictimai şəxslər iştirak edir.

****

Şəhid jurnalist Məhərrəm İbrahimov Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn edilib.

Возможно, это изображение (1 человек и стоит)

****

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov dəfn olundu.

Allah rəhmət elesin