Səhiyyə sahəsində yeni yanaşma modelləri tətbiq olunur

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə edilmiş dəyişikliklər həyata keçirilən uyğunlaşdırma tədbirləridir. Himayədar ailə anlayışı qanunvericiləyə daxil olduqdan sonra təbii ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə də qanuni nümayəndə artıq valideynlər ilə yanaşı, himayədar ailə anlayışı da yer alır”.

Bunu açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

 

Deputat bildirib ki, bu prosesə ümumi nəzər yetirdikdə, əslində prosesdə ümumdünya qanunvericiliyi, Avropa Birliyinin standarlarına uyğun şəkildə qanunvericiliyin təkmilləşdirildiyini görürük:

“ “İcbari tibbi sığortanın Xidmətlər Zərfi”nin genişləndirilməsi göstərir ki, İTSDA istiqamətində aparılan islahatlar uğurla davam edir. Azərbaycan səhiyyəsində mərhələ-mərhələ artıq həm idarəetmə, həm yanaşma modelləri tətbiq olunur, islahatlar uğurla davam etdirilir”.