Şəkidə sosial yardım problemi

 

3

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Sosial Müdafiəsi Mərkəzlərinin işi son aylarda ən çox müzakirə mövzularından birinə çevirilib. Xüsusən də aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi prosesində yaşananlar vətəndaşların ciddi narazılığına gətirib çıxarır.Eks nazir Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsində yaradılan süni maneələr, bürokratiya azmış kimi, insanlar onlara qanunla düşən məbləği almaqda da çətinlik çəkirdilər. Əsasən də vətəndaşlara tətbiq edilən qanunsuz bölgü prinsipindən. Heç kəsə sirr deyil ki, rayondan asılı olaraq insanlara sosal yardımlar 8-4, 6-6 aylarla və s. prinsiplərlə verilirdi. Yəni, sosial yardım düşən ailələrə bildirirdilər ki, sizə yardım yazırıq ancaq bu məbləğin 4 və ya 6 ayını bizə verməlisən. “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyən şəhərlərdən  biri də Şəkidir. Rayondan daxil olan məlumatlarda bu fakt aşkar şəkildə özünü göstərir. Şəki şəhər  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elçin Səfərov yardıma ehtiyacı olan insanlarınla öz qanunları ilə təsdiq edir. Belə ki, kim onun şərtləri ilə  razılaşsa sənədlər təsdiqlənəcək və yardım təyin olunacaq. XALQ.AZ-A Şəkidən adını açıqlamayan mənbədən daxil olan məlumata görə, indi yardıma ehtiyacı olan Şəkidə  daha ciddi problemlərlə üzləşiblər. Məlumatda bildirilir ki, “6 ay sənin, 6 ay mənim” prinsipindən əlavə yeni şərtlər ortaya çıxıb. Mərkəzin müdiri Elçin Səfərov bütün sənədlərə nəzarət edir və xırda bir “cp” axtarır. Bu problemin ücündan tutub ucuzluğa gedən Elçin Səfərov  sonda “sizə yardımn düşmür” deməklə işini bitmiş hesab edir. Amma bunun da yollarını tapan adamlar var.Redaksiysamıza daxil olan məlumatda qeyd olunur ki, Elçin Səfərov bunu etməkdə məqsədi yardım almaq istəyən vətəndaşı tamamilə zərərsizləşdirmək və dogrudan da sənədlərində problemin olduğuna inandırmaqadır. ki, vətəndaş ondan alınan pulun davasını etməsin və sakit dayanaraq problemli sənədlə yardım aldığı üçün sussun… Daha bir maraqlı məqam isə yardımın niyə düşmədiyini əsaslandırmaqdır. Məsələn, Elçin Səfərova görə, yardım almaq istəyən sakinin evinə və yaşayış vəziyyətinə baxış keçirilir. Evində, divanı, soyuducusu,ütüsü, televizoru, 50 il əvvəl adında avtomobili, həyətində iti və ya 2 qoyunu olan insanlara yardım düşmür. Qəribə haldır…Bu gün Azərbaycanda elə ailə tapmaz ki, soyuducusu, ütüsü, televizoru və ya divanı olmasın. Bu ailələr məişət əşyalarını yeməlidir? Qeyd edək ki, hazırda Salyan  rayonunda Sosial yardım alan insanların təqribən 400 nəfərinin yaşayış səviyyəsi normaldır. Amma buna baxmayaraq onlara yardım verilir. Amma kəndlərdə elə ailələr var ki, acınacaqlı vəziyyətdə yaşayırlar. Onlara isə düşmür…

Bu barədə ciddi araşdırmalarımız olacaq…

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq