Şeyxə Ermənistandan məktub yazdılar

 

11

Erməni katalikosu İkinci Gargen bu gün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə məktub göndərib. 

 

XALQ.AZ-ın  məlumatına görə, AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, məktub son günlər cəbhədə baş verən gərginliklə bağlıdır.

Məktubda qeyd edilib ki, ən qiymətli amil insan faktorudur. İnsan həyatına qarşı yönələn provakasiyalar yolverilməzdir. Hərbi fəaliyyət Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ ola bilməz.