Səməd Seyidov: “Bütün məsələlərdə qarabağlaşmalıyıq”

“Bütün məsələlərdə qarabağlaşmalıyıq. İqtisadiyyatdan, mədəniyyətdən və başqa sahələrdən elə danışın ki, Dağlıq Qarabağ da yada düşsün. İnsanlar dəyişməlidir, ictimai maraq şəxsi marağı üstələməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

Komitə sədri vurğulayıb ki, millət məsələsi digər maraqlardan üstün olmalıdır: “Xalq birliyi daha yüksək səviyyədə olmalıdır. Azərbaycan özü elə