Şəmkirdə ağır yol qəzası olub

 

 

16

Hadisə rayon mərkəzi ilə Kür qəsəbəsi istiqamətində olan yolda qeydə alınıb. Gəncə şəhər sakini 23 yaşlı Ruzigar Cəbrayılov idarə etdiyi “Daewoo Nexia” markalı avtomobildə idarəetməni itirərək əvvəlcə yol kənarındakı ağaca, daha sonra evə çırpılıb. Nəticədə Ruzigar Cəbrayılov hadisə yerində dünyasının dəyişib, maşında olan sərnişin, Gəncə şəhər sakini 21 yaşlı Tural Səfərli isə yüngül bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralıya ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.