Sərhədlər nə zaman açılır?

Baş nazir Əli Əsədov əlavə edib ki, 2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır: “Mən buna imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi səlahiyyətimdir”.

O bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir: “Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.