Füzuli Ələkbərov xanım sahibkarın mülkünü ələ keçirib, özünü məhkəməyə verdi – Misli görünməmiş özbaşınalıq

 

2013-cü ildə İsmayıllı rayonunda ölkə rəhbərliyinə qarşı sosial qiyam qaldıran keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və onun ailə üzvülərinin əməlləri hlə də insanların yaddaşından silinməyib. Sabiq nazir əməllərini indi də başqa formada davam etdirməkdədir.

Füzuli Ələkbərov nazir olduğu dövürdə nazir statusundan istifadə edərək Bakının Səbail rayonu ərazisində yerləşən “Məlahət”MMC-yə məxsus əmlakı zəbt etməsi bir yana, “Məlahət” MMC-yə məxsus mülkü qanunsuz şəkildə özəlləşdirməyə nail olub. “Məlahət” MMC özünə məxsus zirzəmidə təmir-tikinti işləri apararkən, məlum olur ki, zirzəminin bir hissəsi hansısa səbəbdən və nəyinsə qarşılığında Füzuli Ələkbərov tərəfindən özəlləşdirilib. O, hətta zirzəmini özəlləşdirdiyini gizli saxlamaq üçün öz ərazisi ilə qonuşu ərazi arasında arakəsmə belə qoymayıb. İşfa olunduğunu görən Füzuli Ələkbərov saxtakarlığını ört-bassır etmək üçün MMC-nin rəhəbərliyinə qarşı müxtəlif aydiyyatı olmayan dövlət orqanları vasitəsi ilə təyziqlər etməyə cəhd etmiş, bu baş tutmadıqda isə məhkəməyə müraciət edtmişdir. Belə olduğu halda “Məlahət” MMC-də öz növbəsində qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. Hazırda məhkəmə prosesi davam edir.

“Məlahət” MMC-nin rəsmisi məsələ ilə bağlı müxbirimizə bildirib ki, onlar qanunun aliliyinə inanırlar və sabiq nazirin saxtakarlığına məhkəmə qaydasında ədalətli qərar veriləcəyindən əmindirlər:

“Azərbaycan hüquqi dövlətdir və biz ölkəmizdə qanunun aliliyinə inanırıq. Ölkə prezidenti Cənab İlham Əliyev də hər zaman iş adamalrına qarşı həyata keçirilən saxtakarlıqların qarşısın alıb və iş adamlarına hər zaman istənilən dəstəyi verib. Ona görə də sabiq üsyankar nazirin əməlləri ilə bağlı bu yaxınlarda cənab prezidentə və Azərbaycan qadınlarının himayədarı, ölkəmizin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edəcəyik”, – deyə şirkət rəsmisi bildirib.

Onu da qeyd edək ki, üsyankar Ələkbərov klanı davamlı şəkildə “Məlahət” MMC rəhəbrliyinə qarşı mətbuatda müxtəlif əsası olmayan məlumatların yayılmasına səy göstərir. Amma xalqı üsyana təhrik edən sabiq nazir unudur ki, onun “əməlləri” hələ də unudulmayıb.

Bundan başqa “Məlahət”MMC-nin ortaya qoyduğu sənədlər də göstərir ki, Füzuli Ələkbərov doğurdan da saxtakarlıq yolu ilə qeyd olunan ünvandakı mülkü mənimsəməyə cəhd edib. Şirkət tərəfdən redaksiyamıza təqdim olunan bütün sənədlər göstərir ki, həqiqətən də sabiq nazir saxtakarlıq etməkdə çox mahir biridir və o, dövlət tərəfindən MMC-yə verilən sənədləri nazir satusundan istifadə edərək öz adına keçirə və saxtalaşdırıb.

Qeyd edək ki, bu günə kimi ölkə mediasında sabiq nazirin tutduğu vəzifədən istifadə edərək yüzlərlə insanın əmlakını mənimsədiyi ilə bağlı faktlar yayılıb.

Sabiqi nazirin KİV-də yayılmış əmlakının siyahısını yenidən oxucularımıza təqdim edirik: