Sabirabad polisi narkotik alverçisini yaxaladı

55

 

 

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Əhmədabad kənd sakini saxlanılıb

RPŞ-dən Xalq.az verilən məlumata görə, Sabirabad polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Əhmədabad kənd sakini, 44 yaşlı Nurəddin Musa oğlu Muradov şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı Nurəddin Muradov kimliyi məlum olmayan şəxslərdən satış məqsədi ilə 26 ədəd kibrit qutusunda qurudulmuş marixuana olan narkotik vasitəni hazırlayaraq əldə edib.

Lakin onun narkotik satıb asan qazanc əldə etmək sevdası baş tutmayıb. Polis həmin şəxsi hazırladığı narkotik vasitələri şərti alıcıya 750 manata satarkən yaxalayıb.

Əməliyyat nəticəsində Nürəddin Muradov Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.