Sabunçu rayonunda anti-sanitar vəziyyət-Video

Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan sakinlər ərazidə olan üfunət qoxusundan və anti-sanitar şəraitdən şikayət ediblər.

XALQ.AZ xəbər verir ki, bu barədə Xəzər TV-yə danışan sakinlər donuz fermasının yaşayışı iflic etdiyini bildiriblər.

Belə ki, fermada kəsilən donuzların içalatı arxa axıdılır. Buda həmin ərazidə anti-sanitar vəziyyyət və pis qoxu yaradır.

2 ildir bu problemdən əziyyət çəkən sakinlər rəsmi qurumlara da müraciət ediblər.
Məsələ ilə bağlı Ramana bələdiyyəsindən bildirilib ki, problemin tez zamanda həll edilməsi üçün altertnativ addımlar atılacaq.

Ətraflı videoda: