“Sağlam ol Sağlam Yaşa”

1

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən avqust ayından etibarən 3 ay müddətə davam edəcək “Sağlam ol Sağlam Yaşa” adlı reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində layinənin icrası başlanılmışdır.

Birliyin sədri Rüfət Cavadzadənin XALQ.AZ-a verdiyi məlumata əsasən layihənin icrasında əsas məqsəd zərərli vərdişlərlə mübarizə istiqamətində sosial fəallığın artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırmasına yardımçı olmaq, təhsil işçilərini, valideynləri və ümumilikdə cəmiyyəti reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində maarifləndirmə işinə cəlb etməkdən ibarətdir. Layihə dövründə gənclərə uzun və qısa müddətli təlim kursları keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyənlər CV-lərini telim@gmid.org.az və ya gmid.ib@outlook.com ünvanına göndərə bilərlər.