Sahil Babayevdən yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən daxil olan məlumata görə, nazir Sahil Babayevin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin aparat rəhbəri vəzifəsinə təyin olunub.

H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib. 2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

image description

 

Orxan