Şahin İsmayılov: “Müstəmləkəçilik siyasətini yürüdən ölkələrdən biri də Fransadır”

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün Bakıda yüksək səviyyədə keçməsi bir daha Azərbaycana və dövlətimizin lideri cənab İlham Əliyevə beynəlxalq aləmdəki nüfuzun və etimadın göstəricidir.

Bunu  deputat Şahin İsmayılov deyib

 

Onun sözlərinə görə, Azərbaycan istər Qoşulmama Hərəkatına, istərsə də digər beynəlxalq qurumlara rəhbərlik etdiyi dövrdə həm öz üzərinə düşən vəzifəni, həm də təşkilatın qarşısında duran missyanı layiqincə yerinə yetirib. “Məhz bu böyük etimadın nəticəsi olaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilata üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Azərbaycan təşkilata rəhbərliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyaraq prinspial mövqe sərgilədi. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq aləmdəki nüfuzunu daha da artıraraq, dünyadakı proseslərdə aktiv bir iştirakçıya çevrildi. Təşkilat beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, təşəbbüsü ələ alaraq  beynəlxalq aləmin bu bəlaya qarşı səmərəli mübarizəsini təşkil etdi. Azərbaycan Prezidentinin səyləri səyləri 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatı eyni zamanda bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə qarşı prinspial mövqeyini ortaya qoydu.  Bütün bunların hamısı Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiyası və təşəbbüsü nəticəsində mümkün olub.  Bununla paralel olaraq Azərbaycan özü təşkilata üzv olan 80-ə yaxın ölkəyə pandemiya ilə bağlı birbaşa yardım edib. Ümumiyyətlə Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı koronavirusa qarşı dünyada liderliyi ələ almış, ciddi mübarizəni təşkil edərək pandemiyaya qarşı mübarizədə öz töhfəsini vermiş oldu. Ümumən Azərbaycanın sədrliyi nəticəsində təşkilat həm beynəlxalq aləmdə özünə yeni imic formaladşırdı, həm də institusional cəhətdən çox inkişaf edərək, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirə bildi”, – o qeyd edib.

Deputat əlavə edib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında ciddi rol oynamalı və mövqeyini möhkəmləndirməlidir. “Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı prinsipial və qətiyyəli mövqe sərgiləməlidir”, – o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin toplantıdakı çıxışında BMT-nin  dünyanın gözləntilərini doğrultmaması və bunun nəticəsində islahatlara zəruri ehtiyacın olması barədə səsləndirdiyi fikirləri şərh edən deputat deyib ki, təsisatın son illərdə dünyanın müxtəlif bölgələrində hökm sürən münaqişələrdə səmərəli fəaliyyət göstərə bilməməsi   nəticəsində vəziyyət daha ciddi böhranların yaranmasına yol açıb və bu da öz növbəsində  dünyanın təhlükəsizlik arxitekturası ciddi təhdidlərə gətirib çıxarıb: “Beynəlxalq aləmin təhlükəsizlik arxitekturasına  cavabdeh olan BMT Təhlükəsizlik Şurası bu işdə aktiv rol oynamaq əvəzinə, bir çox hallarda  özləri qlobal təhlükəsizliyə ciddi təhdid yaratmış olurlar. Bu baxımdan BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir.  Ona görə də Təhlükəsizlik Şurasında  daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsi daha yaxşı olardı. Bu da öz növbəsində təşkilatın daha effektiv fəaliyyət göstəməsinə öz töhfəsini verərdi”.

O əlavə edib ki, Azərbaycan Prezidenti ümumiyyətlə toplantıda beynəlxalq aləmi ciddi narahat edən məsələlərə toxunaraq ciddi  bəyanatlar verdi:

“Birincisi, son illərdə neokolonializm meyillərinin artması ilə olan narahatlıqdır. Neokolonializm meyllərinin yenidən baş qaldırması çox utanverici bir amildir. Müasir dövrdə müstəmləkəçilik  nə qədər çox pis və yolverilməz  olsa da, təəssüflər olsun ki, özlərini dünyada  beynəlxalq hüququn, qanunun aliliyinin və demokratiyanın keşikçisi hesab edən ölkələr bu siyasəti davam etdirməkdədir. Müstəmləkəçilik siyasətini yürüdən ölkələrdən biri də Fransadır. Fransanın yürütdüyü müstəmləkəçilik, neokolonializm siyasəti qlobal sülhə və sabitliyə ciddi təhlükələr yaratmaqdadır. Məhz Fransanın neokolonialist, “Orientalizm” siyasəti nətisəsində Cənubi Qafqazda sülhü təmin etmək mümkün deyil. Belə ki, Fransa prezidenti Emanuel Makronun Cənubi Qafqazdakı geosiyasi maraqlar uğrundakı mübarizəsi üçün ermənilərdən daha çox “erməniçilik” edir, Ermənistana təzyiqlər edərək sülhə mane olur. Fransanın bu siyasətinin əsas mahiyyəti ermənilərə dəstək vermək yox, Ermənistandan və ermənilərdən bir alət kimi istifadə edərək bölgədə müstəmləkəçilik siyasətini və digər maraqlarını  təmin etməkdir. Bu alınmayacağı təqdirdə isə bölgədə irredensit, işğalaçılıq meylləri təşviq etməklə sabitliyi pozub bölgədə gərginliyin davam etməsinə nail olmaq istəyir.

Digər tərəfdən Fransa dünyada irqçiliyi, rasizmi, islamafobiyanı dəstəkləyib bunu körükləyən ölkələrdəndir. Amma unudur ki, bu müstəmləkəçilik, irqçilik, rasizm, islamafobiya nəticədə bir bumeranq effekti verəcək və Fransa dövləti, fransız xalqı bunun ağır bədəlini ödəməli olacaq. Elə son günlərdə Fransada polisin 17 yaşlı gənci  qətlə yetirməsindən sonra baş verən iğtişaşlar bunun  bariz nümunəsidir. İndi Fransa öz “əkdiyi” məhsulun bəhrəsini görməkdədir.
Toplantıda ikinci ciddi məqam Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq hələ də sülh danışıqlarından manipulyasiya etməsi ilə bağlıdır. Cənab Prezident Ermənistanı kapitulyasiya bəyanatında üzərinə götürdüyü, xüsusən də rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə erməni hərbi birləşmələrin tərksilah edilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Bununla cənab Prezident həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj verdi ki, əgər İrəvan sülh istiqamətində ciddi addım atmazsa, o zaman  sərt sülhəməcburetmə hüququndan istifadə edə bilər və bu hüququ özündə saxlayır.

Prezidentin toxunduğu növbəti ciddi problem Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərinin dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasında olması ilə bağlı qaldırdığı məsələdir. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin və mina terrorunun uzun siyahısının davamıdır. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün düşmüş insanların öz ata yurdlarına dönüşünü əngəlləyir.

Prezidenti bəyan etdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan mina probleminin ardan qalıdılması istiqamətində ciddi işlər görməkdədir. Prezidentin bəyan etdiyi kimi, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalı, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır”.