Sakinlərimizə şad xəbər

isti

Uzun müddətdir davam edən dözülməz istilər sabah gecədən səngiməyə başlayacaq.

XALQ.AZ-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 25-28, gündüz 35-40 dərəcə isti olacaq. Avqustun 30-da havanın temperaturu 5-8 dərəcə enəcək.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman proqnozlaşdırılır. Cənub-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Arabir əsən şərq küləyi güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.