Salyanda nə baş verir?

2

Salyan rayonunda neqativ halların daha çox baş verdiyi təşkilatlardan biri Salyan rayon Mədəniyyət və Turizm Şöbəsidir.

 

Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə pozuntuları əsasən inventarların alınması prosesində baş verir. Araşdırmalarımız zamanı Mədəniyyət və Turizm Şöbəsi mal və avadanlıqların alınmasına 130 min  manat xərcləyib. Araşdırmalarımız zamanı məlum olub ki , həmin mal və avadanlıqların dəyəri bazar qiymətindən xeyli yüksək məbləğdə rəsmiləşdirilib. İnventarların alınması prosesində tender elanı, katirovka sorğuları verilib ya yox, bu da ayrıca yazının mövzusudur.

Araşdırmalar nəticəsində bəlli olub ki, Salyan rayon Mədəniyyət və Turizm şöbəsi avadanlığın satın alınması adı altında “Kollistar” MMC 20249 manat  vəsait ayırıb. Yumuşaq inventarların alınması üçün“Kollistar” MMC  13 274 manat, eyni “Kollistar” MMC  Digər maşın və avadanlıqların satın alınması uçun 45 950  manat,alverləri yaxşı tutan  “Kollistar” MMC   digər alışlar və xidmətlərin satın alınması uçun yenidən 10 499 manat, İnventarların satın alınması üçün isə “İmgran” MMC-ə isə 39 793 manat pul ayrılıb, daha da maraqlısı iddialara görə  Tahir Kərimovun yaxın  dostuna məxsus olan “Kollistar” MMC bütün pul silmə əməliyyatlarını uğurla həyata keçirib. Diğər məlumatlarda isə bildirilir ki , Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələrində işə qəbul yuxarıdakı prinsiplə həyata keçirilir. Yəni pul verməyənə iş verilmir. Haqqında bəhs etdiyimiz idarənin qiymət preyskurantı da bəllidir: xadimə 1000 manat, inzibati işlər isə 2000 manat. Heydər Əliyev Muzeyində Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaq istəyənlər isə bu məqsədlə 2000-5000 manat xərc çəkməlidirlər. Hər ay tarixi hadisələr, bayramlar, yubileylər və sair mədəni-kütləvi tədbirlərin keçirilməsi adı ilə işçilərdən 50 manat yığılması isə öz yerində. Biz kitabxana müdiri, musiqi məktəbi, kənd klubu və sair tabe təşkilatların hesab-kitabını açıqlayıb vaxtınızı almaq istəmirik. Amma oxucularımız daha asan hesblama apara bilsin deyə, kiçik statistikanı diqqətə çatdırmağı lazım bilirik: Salyan rayonunda 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. 25 kənd klubu, Heydər Əliyev Muzeyi, Dövlət Rəsm Qalereyası, Tarix Diyarşünaslıq Muzeyi, 54 kitabxana, 7 illik uşaq Musiqi Məktəbi, Dövlət Kukla Teatrı və sair mədəniyyət ocağı əhalinin xidmətindədir. Bu müəssisələrdə 456 nəfər mədəniyyət işçisi çalışır.

 

 

 

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.