Şamaxıda dahi şairimizi ehtiram-Fotolar

Mirzə Ələkbər Sabirin 159-cu doğum günü Şamaxıda qeyd olunub.

Milli ədəbiyyatımıza, xüsusən də onun satira janrına böyük töhfələr vermiş dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 159-cu doğum günü Şamaxıda qeyd edilmişdir.

Böyük satirik şair, maarifçi və mütəfəkkir Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 30 may 1862-ci ildə Şamaxıda anadan olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri şairin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dahi şairimizi ehtiramla yad etmişlər.