“Şamaxinka”da qanlı hadisə

Bicaq

Ötən gün Bakının Yasamal rayonu ərazisində qanlı hadisə baş verib. Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, hadisə axşam saatlarında “Şamaxinka” adlanan ərazidə baş verib.

Baş verən insident zamanı 26 yaşlı Əlizamin Nəcəfov bıçaqlanıb. Onu xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Onun nə səbəbdən və kim tərəfindən vurulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.