Ziya Məmmədova ağır itki

Ziya

Dünən axşam saatlarında Bakı-Quba magistral yolunda ağır yol qəzası baş verir

Oxu.az-ın məlumatına görə, “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Nəticədə E.Ələsgərovun xanımı dünyasını dəyişib
Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.
“Garant Holding” bununla bağlı nekroloq yayıb.
Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.
Allah rəhmət eləsin!