Bakıda ər arvadını xəstəxanalıq etdı

103

Ötən gün Bakının Binəqədi rayonu ərazisində ailə münaqişəsi zəmnində insident baş verib.

Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis-leytenantı Fədai Məsimovun verdiyi məlumata görə, hadisə saat 16:55 radələrində Rəsulzadə 55 ünvanın yaşayan ər arvadını döyüb.

Belə ki, 55 yaşlı Elza İsgəndərova həyat yoldaşı Telman isgəndərov tərəfindən möhkəm döyülüb. Qadın qapalı-kəllə beyin travması alıb. Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Qadın müalicə üçün evə buraxılıb.

“Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. Bu gün Telman İsgəndərovu çağırmışıq. Ondan izahat alınacaq. İlkin ehtimala görə, hadisə ailə münaqişə zəmnində baş verib”, – deyə Fədai Məsimov bildirib.