Samux toyunda kütləvi dava

Kutlevi dava

Samuxda toy mərasimində kütləvi dava olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, davada 3 nəfər xəsarət alıb.

Hadisə dünən axşam Samux rayonu, Kolayır kəndində baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hər üç xəstə küt alətlərlə döyüldüyü bildirilir.

Xəstəxanadan verilən məlumata görə, 1981-ci il təvəllüdlü Məmmədov Yaşar Faiq oğlunun sınığı olub və ona xəstəxanada yardım edilib. Onun qardaşı Daşqın Məmmədov (1984-cü il təvəllüdlü) hazırda xəstəxanadadır. Onlarin qohumlari 1987-ci il təvəllüdlü Mirzəliyev Zaur Məmmədbağır oğlu da xəsarət alıb. Onların hər üçü sərxoş olub.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.