Saxta içkilər

 

50

Biləcəridə düzgün markalanmayan sərinləşdirici içkilər istehsal olunduğu aşkarlanıb

 

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şossesi ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Tahir Cəbrayıl oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən olunub.
 Belə ki, qazlı suların müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi və markalanma məlumatlarında məhsulun tərkibi barədə yanlış məlumatlar verildiyi, həmçinin qazlı suların, düşes, tərxun, saperavi (üzüm) və qızılgül sərinləşdirici içkilərinin markalanmasında saxlama müddətinin normativ-texniki sənədlərlə müəyyən olunmuş müddətlərdən artıq göstərildiyi, albalı və şaftalı içkilərinin tərkibi və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkar edilib. Eyni zamanda, fiziki şəxs tərəfindən istehsal edilən alkoqolsuz içkilərin laborator müayinələri aparılmadan satışa çıxarıldığı müəyyən olunub. Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.(qafqazinfo)