Saxta məhsullar aşkarlandı

 

 

İqtisadiyya35t və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi, 8-ci kilometrdə fəaliyyət göstərən fiziki şəxs Ravil Həsənliyə məxsus müəssisədə saxta məhsul istehsal edildiyi aşkarlanıb

Nazirlikdən bildirilib ki, R.Həsənlinin 19 litrlik plastik qablara doldurulmuş suların müvafiq texnoloji sənədi olmadan istehsal etdiyi, həmin suların üzərində onun guya Xaçmaz rayonunun Şollar kəndindən gətirildiyi barədə yanlış məlumatlar yazdırdığı aşkarlanıb. Eyni zamanda, məhsulun etiketində saxlanma müddəti heç bir normativ sənədə əsaslanmadan 3 ay göstərilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar araşdırmalar davam edir. R.Həsənli barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək.