Sevinc Fətəliyeva seçicilərlə görüşdü-Fotolar.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva seçicilərlə növbəti görüşü keçirilib.

XALQ.AZ-ın məlumatına görə, karantin qaydalarına əməl etməklə vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb, bir neçə məsələ yerindəcə həllini tapıb.

Diğər məsələlərin həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlərin ünvanlanması qərara alındı.

Qeyd edək ki, millət vəkili mütəmadi olaraq şəhid və qazi ailələrinin qayğıları ilə maraqlanır və lazımi köməklik göstərilir.

XALQ.AZ