Seymur Orucov şəhidimizin ailəsin ziyarət etdi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Əsəd Məmmədovun ailəsini ziyarət edib. 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Eynallı kəndindən olan  Əsəd Məmmədovun  ailəsinin qayğıları ilə yaxından maraqlanıb, I Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildirdi. S.Orucov vurğuladı ki, şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənimizin  bütövlüyünü təmin etdilər.  Azərbaycanın yenilməz, mübariz xalq olduğu bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!