Seymur Orucov sakinlərin problemlərini həll etdi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov  rayonun Muğanlı kəndində növbəti səyyar görüş keçirdi. Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Rayon rəhbəri bildirdi ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi, respublikamızın yaşayış məntəqələrində gedən dinamik inkişaf dövlətimizin qüdrətinin bariz nümunəsidir. Muğanlı kəndində görülən işlər də bu deyilənləri bir daha təsdiq edir. Belə ki, Ağstafa rayonunun Muğanlı kəndi mavi qazla təchizatı yüz faizə çatdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Kəndi əhatə edən və əsaslı şəkildə yenidən qurulan avtomobil yolu və kənddə görülən digər işləri misal çəkə bilərik.  Sonda Seymur Orucov görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????