Seymur Orucov vətəndaşların problemləri ilə maraqlandı

Ağstafa RİH başçısı Seymur Orucov Kolxəlfəli kəndində görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Ağstafa Kolxəlfəli kəndində mövcud şərait yerində öyrənilib, sakinlərin müraciət və təklifləri qəbul olunub.

Ağstafa RİH başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.İsmayılov kənddə son aylarda görülən işlərə dair məruzəsində bildirib ki, hazırda yeni elektron tipli ATS-in quraşdırılması işləri davam etdirilir, iki ədəd subartezian quyusu təmir olunaraq yenidən əhalinin istifadəsinə verilib, yerli bələdiyyə tərəfindən suvarma arxları təmizlənib, yeni məhəllədə əhali tərəfindən ən çox istifadə olunan əsas yol qreyder vasitəsilə hamarlanaraq xırlanıbdır.

Возможно, это изображение (7 человек, люди стоят, костюм и на открытом воздухе)
Возможно, это изображение (9 человек, люди стоят, костюм и на открытом воздухе)
Возможно, это изображение (12 человек, люди стоят и на открытом воздухе)