Yasamalda şəhid ailəsinə “Vətən uğrunda” medalı təqdim edilib

Vətən müharibəsinin şəhidi Anar İsrəfilovun ailə üzvlərinə “Vətən uğrunda” medalı təqdim edilib.Təqdimetmə mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov və digər məsul şəxslər iştirak ediblər.

Dövlət təltifini şəhidin atasına təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin keçdiyi döyüş yolunu xatırlatdı və Füzulinin azad olunmasında iştirak etdiyini bildirdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı şəhid Anar İsrəfilov və onun kimi cəsur əsgərlərimizin Qarabağda erməni işğalına son qoyduqlarını vurğuladı. Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il ordumuzun tarixi zəfər qazandığını qeyd etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı söhbət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlandı.

Öz növbəsində şəhid atası onlara göstərilən diqqət və verilən yüksək qiymətə görə Ali Baş Komandan İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi.

Возможно, это изображение (5 человек и люди стоят)