Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin həcmi – Açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu ilin noyabrın 1-dək fonda 94.727.254,86 manat, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə yaradılıb.

 

 

Orxan