Siyəzən və Səbaildə vəhabilər ayağa qalxdı

iceri

Bu gün Siyəzən rayonunda vəhhabilər etiraz aksiyası keçirib. Xalq.az-ın məlumatına görə günorta saatlarında baş tutan aksiya Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında keçirilib.

Vəhabilər Siyəzən rayon Cümə məscidinə imam təyin olunmasını tələb ediblər. Siyəzən RİH-in başçısı Arif Qasımov aksiya iştirakçılarını qəbul edib.

Rayon Polis Şöbəsindən ANS PRESS-ə yerilən məlumata görə, aksiya zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb: “İcra Hakimiyyətinin başçısı ilə görüşüblər. Görüşdə bildirilib ki, yaxın zamanlarda Cümə məscidinə imam təyin olunacaq”.

Bu dini təriqətə mənsub insanların daha bir aksiyası Bakının Sabail rayonu ərazisində qeydə alınıb. Günorta saatlarında vəhhabilərlə polislər arasında insident yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, sələfilər İçərişəhərdə “Ləzgi məscidi” kimi tanınan “Aşurbəy” məscidində kütləvi şəkildə namaz qılmaq istəyiblər. Namaza çox insan qatıldığı və məscid çox darısqal olduğu üçün insanlar məscidin kənarına çıxaraq, küçədə ibadət etmək istəyiblər. Bu zaman hüquq-mühafizə orqanları sələfilərə məscidin içərisinə girməyi və çöldə ibadət etməməyi məsləhət biliblər.

Sələfilər isə öz növbəsində polislə mübahisə edib və onlara müqavimət göstərib. Nəticədə insident baş verib.