Sovetski sakinlərinin etiraz aksiyası başladı-Foto

Sovetski-1

 

173 saylı məktəbin qarşısına yığılmış 500-ə yaxın adam şəhər və rayon rəsmiləri ilə görüş tələb edirlər

Evlərinin sökülməsi üçün nəzərdə tutulan kompensasiyanın azlığından şikayət edən Sovetsk sakinlərinin etiraz aksiyası başlayıb.

ANS PRESS-in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, bu dəqiqələrdə Bakıdakı 173 saylı məktəbin qarşısına 500-ə yaxın adam yığılıb. Onlar şəhər və rayon rəsmiləri ilə görüş tələb edirlər. Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları etiraz aksiyasını təhlükəsizlik normalarından kənara çıxmasına mane olurlar.

Sakinlər ərazinin millət vəkili Abel Məhərrəmovla görüş tələb edirlər ki, dinc etirazları parlamentdə müzakirə edilsin. Sakinlər söküləcək mənzillərin kvadrat metri üçün nəzərdə tutulan 1500 manatı az sayırlar.

Sovetski-2

Sovetski-3