Hafiz Hacıyev intihar etdi

intihar

 

Qax rayonunda intihar hadisəsi baş verib. Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir.