Sülhməramlılar Əsgəran, Ağdərə və Şuşadakı postları tərk ediblər 

Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər

Açıqlamada deyilir ki, sülhməramlılar bölgədə döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.