Sumqayıda qəza 1 ailəni pərişan etdi

Qeza-6

Bu gecə Sumqayıtda baş verən qəza bir ailəni pərişan edib. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 01:00 radələrində Sumqayıt şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, Ziyafət Mürsəlovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Elman Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Elman Quliyev və onun sərnişinləri – oğlu Elmir, arvadı Gülnar ağır yaralanıblar. Hadisədə digər avtomobilin sürücüsü də xəsarət alıb.

Hər 4 yaralı xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.