Xalq artistinə cərimə kəsildi

39

 

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının məhkəmə çəkişmələrinə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. 

 

Bu haqda xalq artisti İlhamə Quliyeva məlumat verib. O bildirib ki, Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib: “Bu gün Ali məhkəmədə Nazpəri Dostəliyevaya qarşı iddiam üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən Dostəliyeva mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir. Düşünürəm ki, məhkəmə ədalətli qərar verdi. Çünki Nazpəri mənim şərəf və ləyaqətimi təhqir etmişdi”.


Xalq artisti yenidən məhkəməyə müraciət edəcəyini qeyd edib:

“Yekun nəticənin yaxşı olacağına inanıram. Qərar hələ tam açıqlanmayıb. Əlimdə faktlar, sübutlar var. Başqa instansiyalara da müraciət olunacaq. İnanıram ki, həqiqət qalib gələcək. Bu, son deyil”.

Xalq artistinin vəkili Yunis Vəliyev isə açıqlamasında bildirib ki, məhkəmə qərarı onlara təqdim olunmayıb:

Qafqazinfo