Sumqayıt hadisələri ilə bağlı daha iki nəfər həbs edilib

05

 

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sumqayıtda baş verən atışma ilə bağlı daha iki nəfər həbs edilib.

Xalq.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, “Xəvarici” təriqətinin üzvləri Elçin Mirzəyev və Tehruz Sultanov ötən gecə saxlanılıblar.

Hazırda silahlı insidentin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.