Sumqayıt sakini quyuya düşdü

Quyu

Ötən gecə saatlarında Sumqayıt şəhər sakini quyuya düşüb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində 1 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı qaynar xəttə xəbər daxil olub.

Hadisə yerinə gedən FHN xilasediciləri əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs müvazinətini itirərək dərinliyi 3 metr olan quyuya düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.