Daşkəsənə yağan dolu fəsadsız ötüşmədi (FOTO)

Dolu

10 iyun 2014-cü il tarixdə saat 21-30 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşayiət olunan yağan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir.

İlkin məlumata əsasən daha çox ziyan rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Daşkəsən, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərində baş vermişdir.

XALQ.AZ xəbər verir ki, baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır.

Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Təbii fəlakətlə əlaqədar dəymiş müxtəlif ziyanlar barədə yaşayış məntəqələrindən əlavə məlumatlar daxil olmaqdadır.

Yuxarıda göstərilənlər barədə Respublikanın aidiyyəti üzrə qurumlarına məlumat verilmişdir.

D-1

D-2

 

D-3

D-5

D-4