Sumqayıtda intihar

 

42

 

Sumqayıtda 31 yaşlı qadın intihar edib.

Nazirliyin saytında verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:12-də başa çatıb.