Nazirlik müsabiqə elan etdi

14

 

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yeni müsabiqə elan edib.

Nazirlikdən verilən məlumata görə, müsabiqə kadr ehtiyatı yaratmaq məqsədilə sənayenin müxtəlif sahələri üzrə ali təhsilli və bu sahədə azı 5 il iş təcrübəsi olan şəxslər üçün təşkil olunub.

Belə ki, müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, müvafiq bilik və ya ixtisasartırma sertifikatlarının (olduğu halda) surəti və 4×6 sm ölçüdə 1 ədəd fotoşəkil sənədləri bu ilin mayın 20-dək nazirliyə təqdim etməlidir.

Sənədlər həftənin iş günləri saat 9:00-dan 18:00-dək qəbul olunur.

Əlavə məlumatı nazirliyin insan resursları şöbəsindən almaq olar. Əlaqələndirici şəxs Emin Şirinov. Telefon: (012) 493 8867, daxili 2032,emin.shirinov@economy.gov.az.