İran prezidenti Azərbaycana səfər edəcək

 

119

İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Bakıya səfər planı təsdiqlənib. ANS PRESS-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm deyib. “Səhər” kanalının məlumatına görə, o,həftəlik brifinqində bu barədə məlumat verib.

“Azərbaycan Respublikasına səfər proqramı Həsən Ruhaninin iş gündəmində durur. Bildirməliyik ki, cənab Əliyevin Tehrana səfəri uğurlu olub və demək olar ki, əməkdaşlıqlar və dostluqlar və həmkarlıqların yeni sahələri yaradılıb. Bu səfərlərlə əvvəlkindən daha artıq iqtisadi əməkdaşlıqlar barədə razılaşmalar haqda da danışıldı və ciddi iş gündəmində durdu”.

İran XİN sözçüsününü sözlərinə görə, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun səfərinin bu ölkənin prezidetinin İrana səfərindən dərhal bir həftə sonra həyata keçirilməsi də son dərəcə önəmlidir və ondan xəbər verir ki, əlaqələr yaxşılaşmaqdadır. “Bu əlaqələr göstərir ki, Tehran və Bakı keçmişdəkindən daha çox bir-biri ilə həmkarlıq etmək kimi yüksək hədəf ardıncadırlar.

Qətiyyətlə demək olar ki, hər bir ölkənin ən yüksək rəsmisi olan prezidentin səfəri bir çox təsir və nailiyyətlərə malik ola bilər. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri də əlaqələrin genişlənməsi və mühüm razılaşmaların əldə olunması üçün böyük ciddi-cəhddir. Cənab Ruhaninin səfəri mütləq iki ölkə üçün faydalı olacaq”.