Sumqayıtda yanğın: xəsarət alan var

Yangin

Sumqayıt şəhərində vətəndaşın xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

FHN mətbuat mərkəzindən daxil olan məlumata görə, şəhərdəki ikimərtəbəli inzibati binanın zirzəmisindəki 12 kv.m sahədə məişət tullantıları yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb.

Bina yanğından mühafizə olunub.

Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.