Binə qəsəbəsində qaz problemi

qaz-3

Bakının Xəzər rayonu Binə qəsəbəsinin, Badamlıq ərazisində 7 küçənin sakinləri ərazidə qazın olmamasından gileylənir. Qəsəbə sakinləri deyr ki, kuçələr arasında ayrı-seçkilik salınıb. Belə ki, sağ tərəfdəki küçələrdə yerləşən evlərə sayğac qoyulub və qazla təmin edilib. Sol tərəfdəki 7 küçəyə isə yeni qaz boruları çəkilsə də, evlərə qaz verilmir.

İlin-günün bu vaxtında kimi xərc çəkib odun alır, kimi də ayda 200-250 manat ödəməklə elektrik enerjisindən istifadə edir. Qəsəbə sakinlərinin sözlərinə görə, yeni qaz boruları ötən ilin sonuncu ayında quraşdırılıb. Evlərin qazla təmin edilməsi üçünsə, yerli idarələrdən pul tələb olunub.

Məsələ ilə əlaqədar “Azəriqaz” QSC ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirdilər ki, 2014-2016-cı il Dövlət Proqramına əsasən Bakı və onun ətrafındakı qəsəbə və kəndlər mərhələli şəkildə qazlaşdırılacaq. Hazırdada bu işlər davam etdirilir. Tezliklə sözügedən ünvanda da sakinlər razı salınacaq.