“Süni qiymət artımının qarşısı alınacaq”

 

75

 

Baş nazirin müavini Əli Əhmədov dərmanların qiymətinin süni artırılmasına da münasibət bildirib. 

 

Əli Əhmədov qeyd edib ki, bu, çox aktual məsələdir: “Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu bəzi dərman satanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. Biz bunu aradan qaldırmağa çalışırıq”.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə İqtsadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə dərman preparatlarının qiymətlərinlərinin azaldılması ilə bağlı birgə müraciəti üzərində iş aparılır: “Hesab edirik ki, Azərbaycanda satılan dərman preparatları çox da baha olmamalıdır.  Digər tərəfdən isə Azərbaycanda real bazar münasibətləri mövcuddur. Apteklər də, dərman gətirənlər də, dərman ticarəti ilə məşğul olanlar da bazar münasibətləri çərçivəsində fəaliyyət göstərirlər. İndi bizim məqsədimiz ondan ibarətdir ki, bir tərəfdən azad bazar münasibətlərinin pozulması baş verməsin, ikinci tərəfdən isə dərmanlaırn qiymətləri süni şəkildə şişirdilməsin. Azərbaycan vətəndaşlarının büdcəsinə dərman alması ilə bağlı böyük xərclər düşməsin. Bunun yolları axtarılır, güman edirəm ki, tapılacaq. Yaxın zamanlarda hesab edirəm ki, dərmanla bağlı süni qiymət artımının qarşısı alınacaq”.