Suraxanıda şəhidimizin anım günü keçirilib

Şəhid leytenant Şahmar Səfərovun anım günü keçirilib

Suraxanı rayonunda Vətən müharibəsi şəhidi leytenant Şahmar Nazim oğlu Səfərovun xatirəsi yad edilib.Anım günündə qəhrəman şəhidin İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mərasimdə Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin doğmaları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, 1997-ci ildə Şərur rayonun Siyaqut kəndində dünyaya göz açan Şahmar Səfərov Vətən müharibəsində sentyabrın 27-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid leytenant Şahmar Səfərov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.