SÜRÜCÜLƏR DİQQƏT!!!

Yol-3

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən XALQZ.AZ-a verilən məlumata görə, anoloji işlər bu gün axşam saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan hissəsində aparılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.

Qeyd edək ki, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

Xatırladaq ki, Ziya Bünyadov prospekti el arasında həm də “Dərnəgül yolu” kimi tanınır.