Şuşada qəza -1 hərbçimiz öldü,2 nəfər yaralandı

Azərbaycan Ordusunun hərbi qulluqçularını aparan avtomobil Şuşa şəhəri istiqamətində qəzaya uğrayıb.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib.

Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Həsən Hüseyn oğlu Yaqubov həlak olub, iki hərbçi isə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi…