Şuşada UNESCO-nun iclası keçiriləcək

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın UNESCO-dakı Milli Komissiyası məkumat yayıb.

“Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, bu barədə qərar Bursada, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 8-ci iclasında verilib.