Ukraynada 227 uşaq öldürülüb

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 227 uşaq ölüb, 420 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Müharibə başlayandan bu günədək xəsarət alan uşaqların ümumi sayı 647-ə çatıb. Bu günə qədər 2389 uşaq Rusiyaya aparılıb,1214 uşaq isə itkin düşüb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.